“Microsoft” günəş enerjisi ilə işləyən noutbuk ixtira edib

Date:

Paylaş:

“Microsoft” şirkəti  günəş enerjisi ilə işləyən noutbukun konseptini nümayiş etdirib.

Bizplus.az yerli mediaya istinadən xəbər verir ki, ixtira 2018-ci ilin ikinci yarısında ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilib, amma yalnız 2020-ci ilin yanvarında təşkilatın saytında dərc edilib. Təsvir və sxemə əsasən, noutbukun arxa panelində qurğunun akkumulyatoru ilə birləşdirilən bir neçə fotoelement yerləşir.

Qeyd edək ki, Günəş panelləri noutbukun batareyasının şarjını avtonom işləmə zamanı (noutbuk elektrik şəbəkəsinə qoşulmadıqda) doldura biləcək. Patent ərizəsində, yalnız günəş enerjisi deyil, həm də süni işıqla enerji doldurmağın mümkünlüyü dəqiqləşdirilir. Qatlanan konstruksiya sayəsində panellər lazım olduqda kompüterin korpusunda gizlədilə bilər. Sənəddə kompüteri alternativ enerji mənbələri vasitəsilə enerji doldurmaq üçün lazım olan vaxt göstərilməyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...