“Boeing”in səhmləri yenidən ucuzlaşıb

Date:

Paylaş:

Amerikanın “Boeing” aerokosmik korporasiyanın səhmləri NASDAQ birjasında 4,03% azalıb.

Bunun səbəbi kimi “737 MAX” təyyarələrinin yenidən istismara qaytarılmasında gecikmənin olması göstərilir.

Səhmlərin azalması şirkətin əsas tədarükçülərində də müşahidə olunur. Belə ki, “General Electric” və “Spirit AeroSystems” şirkətlərinin səhmləri müvafiq olaraq 1,1% və 3,2% azalıb.

Daha əvvəl şirkətin “737 MAX” təyyarəsinin istehsalını dayandıracağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda “Ethiopian Air” onlarla insanın ölümünə səbəb olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...