Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dünən, yanvarın 21-də keçirilən Davos Forumunda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.
Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tanınmış Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Yelo Bank” ASC-nin əsas səhmdarıdır.