Biznesdə müvəffəqiyyətə nail olmağınıza mane olan 5 səbəb

Date:

Paylaş:

Çox vaxt elə olur ki, insan müəyyən bir işdə müvəffəqiyyətə nail olmaq üçün enerji çatışmazlığı problemini yaşayır. Bunun əsas 5 səbəbi var.

  1. Subliminal istəkləri tamamilə nəzərə almamaq

İnsan beyni enerjini həmişə doğru istiqamətdə yönəldən mükəmməl bir “mexanizm” dir, lakin tez-tez insan buna qarşı çıxır. Bəzən elə olur ki, mənziliniz tor-töküntülüdür, bu sizi bir tərəfdən qıcıqlandırır, lakin tənbəlliyə güc gələ bilmirsiniz. Bu, qeyri-adı bir şey deyildir. Çox vaxt insanlar müəyyən vəzifələrin yerinə yetirilməsini müxtəlif səbəblərə görə təxirə salmağı sevirlər. Siz öz beyninizi aldatmış olursunuz, çünki beyin sizin bu vəzifəni yerinə yetirməyiniz üçün lazım olan enerjini artıq sərf edib. Nəticədə, iş yerinə yetirilməyib, siz isə artıq yorğunluq hiss edirsiniz. Bu vəziyyətdə heç istirahət belə xoşbəxtlik vermir.

Enerji olmadığı halda, yerinə yetirilməyən işin öhdəsindən necə gəlmək olar? Onu mexaniki şəkildə edə bilərsiniz, sanki bu prosesdə iştirak etmirsiniz və onu kənardan müşahidə edirsiniz.

  1. Davamlı ziddiyyətlər

Əgər insan yalnız bədəninin ehtiyaclarını ödəyərək yaşayırsa, o, heç vaxt mənəvi cəhətdən inkişaf edə bilməyəcəkdir. Belə ki, bədənin ehtiyacları ruhun ehtiyacları ilə əlaqələndirilməlidir, bu halda lazımi vəzifələrin yerinə yetirilməsi daha müvəffəqiyyətli bir şəkildə keçəcəkdir. Buna baxmayaraq, dünyada bir çox ziddiyyətlər var, hansılar ki insanların özləri tərəfindən yaradılır. Həyatda səhvlərə yol verən bir çox liderlərin fikirləri, hələdə mötəbər hesab edilir və çoxlarımız onlara oxşamağa çalışırıq. Bu düzgündürmü? İnsanların beyninə müxtəlif stereotiplər yeridilir. Məsələn, müasir dövrdə incəlik gözəllik əlaməti kimi qəbul olunur. Görünür, bunların hamısı yalnız moda tendensiyalarıdır və onlara uyğunlaşmaqda heç bir məna yoxdur.

Bir şey etmək istəyirsinizsə, bunu edin və dünyanın ziddiyyətlərinə məhəl qoymayın. Həyatınız yalnız sizin üçündür və o, digər insanların fikirlərindən asılı olmamalıdır.

  1. Energetik vampirlər

İnsanlar arasında energetik vampirlərin sayı olduqca çoxdur. Belə insanlar adətən digər insanlardan asılı olurlar və onların enerjisini “yeyirlər”. Siz bu tip insanları asanlıqla fərqləndirə bilərsiniz. Belə ki, onlar öz öhdəliklərini başqa insanın boynuna yıxmağa, yalnız özü haqqında danışmağa meyllidirlər. Çalışın belə insanlardan uzaq durasınız. Energetik vampirinin xahişinə (çox vaxt əmrinə) “yox” cavabını verdikdə, sizə elə gələ bilər ki onun ayaqlarını “baltalayırsınız”, əslində isə sadəcə öz ayaqlarınızı qaytarmış olursunuz.

  1. Keçmişdən qaçmaqdan çəkinməyin

Bir çox insanlar bunun düzgün olduğuna inanaraq, daim keçmişi yada salaraq özlərini mühakimə edirlər. Əslində isə peşmanlıq və qorxu hissi insanı və həyat üçün lazım olan enerjini yavaş-yavaş məhv edir. Keçmişdə yaşamaqla, həyatınızın keyfiyyətini yaxşılaşdıra bilməyəcəksiniz. Hər gün bir şey baş verə bilər, məsələn, sizə bir köpək sürüsü hücum edə bilər. Bu hadisədən qorxsanız, onun baş vermə ehtimalı azalacaqmı? Əlbəttə ki, yox. Bəs onda qorxu hissinə nə ehtiyac var? Təsəvvür edin ki, nə keçmiş, nə də gələcək yoxdur, yalnız indiki zaman var. Bu uğur qazanmaq üçün yeganə yoldur.

  1. Beşinci səbəb – dördüncünün davamıdır

Yalnız indiki zaman və hal-hazırda baş verən hadisələr önəmlidir, bunu dərk etsəniz həyatınız daha maraqlı, zövqlü və gözəl olacaqdır. Hər an dəyişilərək zaman və insan ziddiyyətləri çərçivəsindən azad bir insana çevrilə bilərsiniz.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...