Materialların alınması – 700 azn
Qazandırdığı aylıq gəlir – 4200 azn
İnvestisiyanın geri qaytarılması – 0,5 ay
Sobalar çox sürətlə məhşurluq qazanırlar. Onlar mənzillərdə, koteclərdə, ofis və restoranlarda yerləşdirilə bilərlər. Hətta onların quraşdırılması üçün tüstü bacasına və digər əlavə quruculuq işlərinə ehtiyac da yoxdur. Belə kaminlərin quraşdırılması üçün yanğındanmühafizə xidməti ilə razılıq da tələb olunmur. Qeyd olunan kaminlər ekoloji təmizdirlər: bioyanacağın əmələ gətirdiyi karbondioksid qazı zəhərli deyil və sağlamlıq üçün tamamilə zərərsizdir.Tələb olunan yeganə iş otağı müntəzəm olaraq havalandırmaqdır.
Biokamin hazırlanması çətin deyil, bununla yanaşı ona çəkilən xərc də azlıq təşkil edir. Və siz bu asan işə başlamaqla həm də asanlıqla mallar və xidmətlər bazarında öz yerinizi tutacaqsınız.
Hazırlanma texnologiyası.
Hazırlanması üçün bu materiallar tələb olunur: silikon dolğu, şüşə, şüşəkəsici, metal setka, orta ölçülü çınqıllar və ya daşlar və metal qutu. Setka kimi inşaat setkası tam uyğundur. Bundan başqa soba üçün yanacaq və fitil üçün məftil da əldə etmək lazımdır.
Əvvəlcə şüşə örtük hazırlanır – gələcək kaminin ekranı. Bunun üçün 3 mm qalınlğında şüşə götürülür. Əgər əlinizin altında şüşə yoxdursa fotoçərçivə götürə və ondan şüşə əldə edə bilərsiniz.
Şüşə metal qutu ölçüsündə kəsilir. Bütün şüşə elementləri dolğu ilə birləşdirilir, sonra bir gün qurumaq üçün saxlanılır. Kamin ekranı daha səliqəli etmək üçün ləkələri və dolğu qalıqlarını ülgüclə təmizləmək lazımdır.
Biokamin üçün yanacaq bloku kimi adi metal qabdan istifadə etmək olar. Əsas odur ki, əvvəl hazırlanmış şüşə örtük ona yaxşıca bərkidilsin. Çox balaca qutu götürmək lazım deyil: belə olan halda şüşə qızanda çatlaya bilər.
Metal setka qutunun ölçüsündə kəsilir. Soba üçün olan yanacaq,sonradan metal qutuya quraşdırılan metal qaba yerləşdirilir və kəsdiyimiz setka ilə örtülür. Setkanı bir neçə qat da edə bilərik. Daha sonra setkaya daşlar yerləşdirilir. Bu konstruksiyada onlar dekorativ element rolunu oynayırlar, lakin həm də istiliyin setka ilə şüşə qat arasında bərabər paylanmasına xidmət edirlər. Şunurdan hazırlanmış fitil açıq yanacaq qabına yerləşdirilir.
Yanacaq yarım saat istifadəyə imkan verir. Təkrar istifadə üçün yanacaq qabı yenisi ilə əvəz olunur. Daşları kənara çəkərək yanacağı ehiyatla eyni formada tökmək lazımdır.
Yanacağı spirtlə alışqan benzinini qarışdırmaqla əldə etmək olar. Bunun üçün 90% spirt və 10% benzin lazımdır. İstifadədən öncə bioyanacağı qarışdırmaq lazımdır.
1 litr bioyanacaq yanma kamerasından asılı olaraq 2 saatdan 4 saata qədər yana bilir.
Tüstü bacasına ehtiyac yoxdur. Elektrik enerjisinə və qaza qoşulmağı da tələb edilmir. Heç bir tüstü,kir olmur. Heç bir əlavə xərci yoxdur ( quraşdırma mütəxəssisi, baca təmizləyən. qulluq və s.) Sobanı bütün il boyu istifadə etmək olar ( yayda terrasda, qışda evdə).
Mənzil, qış bağı,ev və ya ofis üçün çox uyğundur.
Müştəri axtarışını aşağıdakı sxem üzrə həyata keçirmək olar:
1 . Radio, televizor, internet, möhürlü nəşrdə reklam, broşura və bukletlər.
2 . İnşaat firmaları və briqadaları ilə razılıq əldə etmək və onlar vasitəsilə birbaşa müştərilərə çıxış əldə etmək.
3 . Hazırlanmış biokaminləri inşaatçıların özlərinə satmaq.
İstər əməkdaşlığın, istərsə də biokaminlərin istehsalı prosesinin istənilən variantını seçmək olar. Heç də hamı satışı, müştəri axtarışı ilə məşğul olmağı və əməliyyatlar aparmağı bacarmır. İnşaat üzrə bilgilərə sahib olmaq vacib deyil. Sadəcə uyğun mütəxəssis tapmaq və yaxşı pul qazanaraq xidmətlərlə malların təbliğatı ilə məşğul olmaq olar.
Təqribi gəliri hesablayaq.
Bir kaminin istehsal qiyməti ölçüsündən asılı olaraq 30 azn-də 60 azn-ə qədər edir. Ən kiçik masa üstü biokaminlərin qiyməti isə 140 azn-dən başlayır. Məşhur 5 litrlik baklı kaminin qiyməti 400 azn-dən başlayır. Bir ayda 400 azn-lik 10 kamin və 140 azn-lik 10 masa üstü kamin istehsal etməklə biz 5300 azn gəlir əldə edirik. 670 azn , reklama 270 azn və digər xərclərə 270 azn çıxırıq, 4100 azn xalis mənfəət qazanırıq və bu əla nəticədir.
Biosobalar müvəqqəti dəb ənənəsi deyillər, inşaatda və interyer dekorda yeni ifadədirlər və demək ki, onlar karyeranın inkişaf perspektividirlər.