Əsas səhifə Biznes sahələri Kriptovalyuta Bitcoin nə üçün sürətlə yüksəlir?

Bitcoin nə üçün sürətlə yüksəlir?

1585
Paylaş

2017-ci ilin başlanğıcında Bitcoinin qiyməti 1000 dollardan da aşağı idi. Oktabr ayında 5000 dollarrı keçdi və artıq Dekabr ayında 10000 dollara belə çatdı və artıq 17000 dolları keçibdir. Bəzi ölkələrdə Bitcoinlə əməliyyatları 20000 dollarla görürlər. Bəs bu yükləsmənin arxasındakı səbəb nədir?

Hal-hazırda Bitcoin bazarının ümumi dəyəri 300 milyard dollara çatmışdır, müqayisə üçün deyək, 30 ildir fəaliyyət göstərən Apple şirkətinin səhmlərinin ümumi dəyəri 869 milyard dollara təzə-təzə çatmışdır. Bitcoin Applenin etdiyinin 1/3-ünü sadəcə 8 ildə etdi və bu qalxmanın əsas hissəsi son 1 il ərzində oldu. Bitcoin son 1 il ərzində 1600% dəyər qazandı və bu dünyada hər hadisənin baş vermə səbəbi olduğu kimi Bitcoinin qalxmasının altında bir səbəb yatır.

Bu yüksəlişin altındakı ən böyük səbəblərdən birisi insanların əksəriyyətinin Bitcoinin gələcəyinə güvənməsidir. Hal-hazırda 16000 dollarla əməliyyatların aparıldığı Bitcoinə durmadan investisiya axını gəlir. Bir vaxtların çirkli pulların yuyulmasında, qara bazarlarda – leqal olmayan bazarlarda işlədilən pul artıq qızıldan belə dəyərli investisiya aləti olmağı bacarmışdır. Məqaləmizə keçmədən öncə Bitcoin haqqında ilkin bilgilərin verildiyi məqalələrimizə baxmağınız məsləhətdir.

Böyük investorların dəyərin artmasında olan rolu

Bitcoin investorları və “istehsalçıları” dəyərin artımının arxasında bəzi böyük şirkətlərin varlığının olduğunu bildirir. Nüfuzlu banklar və bəzi böyük şirkətlər Bitcoinlə əməliyyat etmək kimi müstəqilliyə sahibdirlər. Bitcoinlə əməliyyat etməyə başlayan şirkətlərin sayında gündən-günə artım baş verir.

Ancaq Bitcoinin gələcəyi “rəqəmsal” göstəricilərin yüksəlişinə bağlı deyildir. Dövlətlərin bu Bitcoin böyük “hovuzuna” olan mövqesi dəqiqləşməyənə qədər belə qalacaq. Pulun uzun zamandır “rəqəmsallaşdığı”bu zamanlarda 300 milyardda sərvəti qadağan etməyə hər dövlət cəsarət eləməz.

Şirkətlər Bitcoindən dəyər artmasından faydalanmaq istəyən invetorlar kimi qatırılırlar. Nə qədər pul qoysan, o qədər qazanacaqsan. Lakin birdən “bu qədər pul mənə görə bəsdir” kimi düşünsələr, bunun təsirləri kiçik investorlara dəyəcək. Bir sözlə sistemdə ani dəyər itkisinin qarşısını alacaq bir sistem falan yoxdur. Bu dəyər itkilərinin qarşısını alacaq üsullardan birisi, şirkətlərə əməliyyatlarını müddətli əməliyyat şərti ilə daxil edilməlidir. Bitcoin ilə ödəniş qəbul etmək, investisiya üçün xidmət göstərmək kripto-iqtisadiyyatın şirkətərin əlində toplanmasına və sistemin daha da təhlükəsiz olmasına gətirib çıxaracaqdır. Bəzi analitiklər, Bitcoinin bu yüksəlişini bir zaman sonra düşüşə keçəcək fırtınaya bənzədirlər. Böyük firmaların böyük pullarla daxil olması qiymətlərin qalxmasına gətirib çıxarsa da, pullarını birdən geri çəkmələri sistemi dərindən sarsıda bilər.

Kiçik investorlar – Onların online pul bazarındakı rolları?

Kiçik investorlar (şəxslər) da böyük şirkətlər kimi fəal əməliyyatlar aparırlar. İnsanlar öz aralarında Bitcoin haqqında danışmağa başlayırlar. Bitcoinə sahib olan insanlar cəmiyyətdə sanki bir sərvətə sahib şəxs kimi görünürlər. Bir sözlə, heç bir dövlətdən  asılı olmayan Bitcoin blockchain zənciri insanlar arasında sürətlə yayılır.

Cənubi Koreya və Yaponiyada investorların sayısı sürətlə artır. Hətta Yaponiyada artıq bu iş qanuniləşməyə doğru gedir. Amerikada kiçik investorların çoxu vasitəçi kimi Coinbase şirkətindən istifadə edirlər. Coinbase şirkətinin artıq Azərbaycanın əhalisindən çox müştərisi vardır.

Kiçik investorlar (şəxs)lərin də sayı sürətlə artır, bunun təsirini belə izah edərdik; hər qar dənəsi təklikdə heçnədisə, birlikdə toplaşıb qartopu halına gəldikdə, güclü təsir yarada bilir və bu qartopu günü-gündən daha da böyüyür. Qartopunun da böyük olması, şəxslərin yatırdığı pul az olsa da, saylarının çox olması Bitcoinin sürətlə böyüməsinə gətirib çıxardır.

Bitcoin bazarına kiçik investor olaraq girməyin təhlükələri nədir?

Bitcoin kimi online pulun qarşısındakı ən böyük təhlükəsi qanunla bağlı olan məsələlərdir. Bitcoinin hərhansısa dövlətdə qadağan olacağı ilə bağlı dəqiq təhdid yoxdur. Çin dövləti öz kripto-valyutasını ortaya qoyub, Bitcoini aradan çıxartmaq istəyir və heç bir dövlət bunla bağlı dəqiq bir rəftar göstərmir. Digər tərəfdən sistemin kökü nə qədər  güvənli olursa-olsun, kiçik investorlar “əzilən” ola bilərlər. Ətrafında camaatın danışığına qulaq asıb, Bitcoinə tanımadığı adam vasitəsi ilə girişən adamın komputerindən məlumatların oğurlanması an məsələsidir. Bu işlərə dərin araşdırıldıqdan sonra girilməsi məshələtdir və bütün pullarınızı Bitcoinə investisiya etmək əvəzinə kiçik addımlardan başlayıb, işi öyrəndikdən sonra davam edə bilərsiniz.

Bitcoin haqqında ən yeni məlumatları əldə etmək üçün bizi izləməyə davam edin.

Müəllif Məhəmməd Məmmədli