“Apple” Shazamı satın alır – 401 milyon dollara!

0
754
Shazam
Shazam

“Apple” korporasiyası məşhur musiqi tanıma xidməti “Shazam”ı satın almağa hazırlaşır.

Sövdələşmənin 401 milyon dollara başa gələcəyi gözlənilir. Tərəflər hələlik məsələni şərh etməyib.

1999-cu ildə Britaniyada yaradılmış “Shazam” smartfon və kompüterlər vasitəsilə hər hansı musiqinin qısa fraqmenti əsasında həmin musiqini tapmağa (və almağa) imkan verən proqram işləyib hazırlayıb. Ayda təxminən 100 milyon nəfərin yararlandığı xidmətin əsas gəlir mənbəyi “Apple”ın “iTunes” virtual mağazasının köməyi ilə tapılan mahnılara görə ödənən komisyondur. “Shazam”ı əldə etməklə Apple” vasitəçini aradan qaldıracaq və komisyon ödənişlərinə qənaət edəcək. Bu, “Apple”ın rəqiblərinə də zərbə vuracaq, çünki “Spotify” və ya “Google Play Music” kimi mağazalara yönləndirmə dayanacaq. Hazırda “Spotify”ın 60 milyon, “Apple Music”in isə cəmi 27 milyon abunəçisi var.

“Music Business Worldwide” dərgisi “Shazam”ın bazar dəyərinin 2015-ci ildə 1 milyard dollar məbləğində qiymətləndirildiyini qeyd edib.