Binance: U.Baffet kriptovalyutaları anlamır

0
903

Dövriyyəsinə görə iri kriptovalyuta birjalarından biri olan Binance-nin icraçı direktoru Zhao Changpeng Bloomberq-ə verdiyi müsahibədə əfsanəvi investor və dünyanın üçüncü ən varlı adamı olan U.Baffetin kriptovalyutaların mahiyyətini anlamadığını deyib.

Zhao Changpeng: “Mən Buffettin investisiya sahəsindəki ekspert rəyinə hörmət edirəm amma əminəm ki, O kriptovalyuta haqqında heç bir şey bilmir. Mənim ona dərin hörmətimə baxmayaraq hesab edirəm ki, kriptovalyuta haqqında səhv fikirləşir”

Binance-nin rəhbəri bununla keçən həftə məşhur milyarderin “kriptovlayuta bazarını yaxşı son gözləmir” açıqlamasına cavab vermiş oldu. U.Baffetin özü rəqəmsal valyutalar barədə çox az bildiyini də gizlətmir və bitkoinə investiya etməyi planlaşdırmadığını deyib.

kriptoinvest.az