Bill Geytsdən yay mütaliəsi üçün məsləhət – TOP 5

0
725
Bill gates haqqında

Məşhur amerikalı milyarder, “Microsoft”un yaradıcısı Bill Geyts yay mütraliəsi üçün məsləhətlə çıxış edib.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə onun “YouTube”da yerləşdirdiyi videoda söhbət açılıb.

B. Geyts oxumağı məsləhət gördüyü 5 kitabın adını çəkib: “Orada qaldırılan mövzuların ciddiliyinə baxmayaraq, bütün bu kitablar birnəfəsə oxunur və əksəriyyəti qısadır”.

B. Geytsin TOP-5 siyahısına daxil olan kitablardan biri 2017-ci ildə jurnalist Uolter Ayzekson tərəfindən yazılanLeonardo da Vinçinin bioqrafiyasıdır. İş adamı müəllifin əfsanəvi rəssam və ixtiraçının həyatına müxtəlif tərəflərdən yanaşdığını deyib.

Digər kitab Keyt Boulerin “Hər şeyin səbəbi var və mənim xoşlandığım digər yalan” adlı bioqrafik povestidir. Kitabda Bouler özünün onkoloji xəstəliyin son mərhələsindəki təcrübəsini və həyat eşqini təsvir edir.

Növbəti kitab Corc Sondersin “Linkoln bardoda” (Lincoln in the Bardo) kitabıdır. (Bardo ölümün başlanğıcı ilə ruhun bədəndən ayrılması arasındakı vəziyyətə deyilir.) Bu əsərdə bir gecədə – 1862-ci il fevralın 20-də Avraam Linkolnun oğlu Uilyamın ölümü zamanı baş verənlər əksini tapıb.

Dördüncü kitab Devid Kristianın “Hər şeyin böyük tarixi” əsəri, nəhayət, sonuncu kitab Hans Roslinqin“Faktologiya” kitabıdır.