Bill Gates 645 mln. dollara ekoloji təmiz yaxta alıb

Date:

Paylaş:

Microsoft-un yaradıcısı Bill Gates dünyada ilk dəfə olaraq maye hidrogenlə işləyən ekoyaxta alıb. The Guardian xəbər verir ki, onun qiyməti 645 mln. dollardır.

Aqua adlı beş göyərtəli yaxtanın uzunluğu 112 m.-dir. 14 sərnişin və 31 ekipaj üzvü tuta bilir. Yaxtada  basseyn, vertolyot meydançası, spa-salon və məşq zalı var.

Yaxtanın dizaynı  Hollandiyanın Sinot Yacht Design şirkəti tərəfindən işlənib. Yaxta ilk dəfə 2019-cu ildə Monakodakı şouda nümayiş olunub.

Yaxtanı qidalandıran maye hidrogen göyərtələrin altında, 28 tonluq vakuum izolyasiyalı iki su anbarında yerləşir. Yaxtanın yeganə tullantısı sudur.

Aqua Bill Gates-in aldığı ilk yaxtadır. Əvvəllər o onları ancaq icarəyə götürürdü.

Qeyd edək ki, yaxtanın alınması Gates-in alternativ yanacaq növlərinə və zərərli tullantıların azaldılması üçün olan texnologiyalara marağını ifadə edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...