Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Batumidə “Sitrus məhsullarının ixracı” biznes-forumu keçiriləcək

Batumidə “Sitrus məhsullarının ixracı” biznes-forumu keçiriləcək

637
Paylaş

Batumidə “Sitrus məhsullarının ixracı” beynəlxalq biznes-forumu keçiriləcək.

Azertag Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, on ölkənin nümayəndələri – Gürcüstanın sitrus meyvələrinin idxalçıları sentyabrın 30-da Batumidə toplaşacaq. Biznes-forum ölkənin ixrac potensialı ilə tanışlıq məqsədi daşıyır.

Tədbir Avropa və Asiyanın müxtəlif ölkələrinin maraqlı tərəflərinin yerli sitrus məhsullarının ixrac potensialı barədə məlumatlandırılması üçün görüşlərin təşkili üzrə fəal kampaniyaya başlamaq məqsədilə keçirilir.

Biznes-forumda Gürcüstan hökumətinin üzvləri, diplomatlar, sitrus məhsullarının çeşidlənməsi və emalı üzrə yerli müəssisələrin, ticarət və logistika təşkilatlarının əməkdaşları, müxtəlif ölkələrin iri idxalçıları, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gürcüstanda istehsal olunan naringi əsasən Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və digər ölkələrə ixrac olunur. İlkin məlumatlara görə, bu mövsümdə məhsul təxminən 50-60 min ton təşkil edəcək. Məhsulun təqribən 10 min tonu sənaye emalı üçün, qalanları isə ixrac üçün nəzərdə tutulub.