Startupların uğursuz olmasının əsas səbəbləri

Date:

Paylaş:

Böyük xəyallarla qurulan startupların əksəriyyəti ilk bir il içində uğursuz olur. İstər investor dəstəkli, istər öz yatırımınızla həyata keçirdiyiniz layihənin başlayan kimi bitməsini istəmirsinizsə aşağıdakılara diqqət edin.

startup ideyaları

1. Ümidini itirmək

Bir startupın uğurlu ola bilməsində rol oynayan ən böyük faktor layihəyə olan inancdır. Ümidini itirməyə başlayan bir layihə uğursuz olmağa və bitməyə çox yaxındır.

2. Hər şeyin mükəmməl olmasını istəmək

Layihənin hər mərhələsinin qüsursuz olmasını istəmək edilən ən böyük səhvlərin başında gəlir. Qüsursuz olmağa inandıqca yaşanan ən kiçik problem belə motivasiyanın düşməsinə və ümidinizi itirməyə səbəb olur. Birinci maddədə də göstərdiyimiz kimi ümidinizi itirmək ən təhlükəli amildir!

3. Tutmuş layihəni təkrar etmək

İnsanların həyata və məhsullara olan dünyagörüşü zamanla dəyişir. Bu səbəblə keçmişdə müvəffəqiyyətli olmuş bir layihəni həyata keçirib “bir dəfə tutdu, yenə tutar” şəklində düşünmək layihənin uğursuz olmasına səbəb ola bilər.

4. Rəqabətdən qaçmaq

Yeni bir layihə yaratmaq bir startup layihəsini, digərlərindən ayırır və müvəffəqiyyətə yaxınlaşdırır. Ancaq bunun bir sərhədi var. Rəqibsiz olmaqdan ötrü çox niş bir sahə də seçmək müvəffəqiyyət ehtimalını aşağı salır.

5. Uzağı görə bilməmək

Yaxşı və yeni bir layihə həyata keçirmək hələ hər şey demək deyi. Bunlarla yanaşı sizin gələcəkdə yaşana biləcək problemləri aradan qaldırmağınız üçün bir qədər uzaqgörən olmağınız da lazımdır. Layihənin planını gələcəkdə yarana biləcək problemlər üzərində qurmaq lazımdır. Məsələn bir startupın yaşaya biləcəyi ən ciddi problem sərmayənin yetməməsi ola bilər. Buna görə ehtiyatda daim vəsait saxlamaq lazımdır.

6. Komanda ola bilməmək

Şirkət işçiləri tək bir ruh olub layihəni böyütmək əvəzinə öz maraqlarını güdürlərsə şirkətin fiyaskoya uğraması yaxındadır.

7. İş və şəxsi həyat tarazlığını qura bilməmək

İşçilərin şəxsi və iş həyatı arasındakı tarazlığı qorumaları üçün imkan təmin etməyən şirkət müvəffəqiyyətsiz olur. Çünki əksər işçilər belə olduğu halda işə qarşı sevgini itirirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...