Əsas səhifə Biznes Bakıda restoran almaq sərfəlidirmi?

Bakıda restoran almaq sərfəlidirmi?

672

Paytaxtda satışda olan restoran, kafe və şadlıq saraylarının qiyməti 300 min manatdan 3 milyon manata qədər dəyişir. Son vaxtlar turistlərin sayınnı artması ilə əlaqədar olaraq restoran biznesinə maraq da artır. FED.az oxucuların marağını nəzərə alaraq Bakıda satışda olan bəzi qeyri-yaşayış obyektlərinin satış qiymətlərini təqdim edir.

Nərimanovda restoran 360 min manat

N.Nərimanov metrostansiyasının yaxınlığında hazır və işlək olan restoran satışa çıxarılıb. Ümumi sahəsi 90 kvadratmetr olan obyektin satış qiyməti 360 min manatdır. Hazırda 1500 manata icarədə olan bu restoranın satıcısı deyir ki, qiymətə endirim də edilə bilər.

Aylıq 2500 manat gətirən obyekt

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində, mərkəzi magistrala 150 metr məsafədə 4.5 sot torpaq sahəsində tikilmiş, ümumi sahəsi 1000 kvadratmetr olan olan 2 mərtəbəli obyekt satılır. Obyektin 1-ci mərtəbəsində aptek, super market, bərbərxana, ternajor zalı, şirniyat sexi yerləşir. 2-ci mərtəbəsində sinema kino zal, ailəvi kafe, uşaqlar üçün əyləncə yeri var. Kameralarla təchiz olunan obyekt hazırda işləyir və icarədədir. Obyektin sahibi onun aylıq 2500-3000 manat gəlir gətirdiyini bildirir. Satış qiyməti 480 min manatdır.

Yarım milyon manatlıq kafe

Milli Oftalmologiya Mərkəzinin yaxınlığında, ümumi sahəsi həyətyanı ərazi daxil olmaqla 360 kvadratmetr olan (tikili sahəsi 200 kvadratmetr, həyətyanı ərazisi 160 kvadratmetr) restoran satılır. Hazırda icarədə olan bu obyektin satış qiyməti 560 min manatdır.

300 min manatlıq pub-restoran

Sabunçu rayonu, Bakıxnov qəsəbəsidə ümumi sahəsi 400 kvadratmetr olan pub-restoran satılır. 150 kvadratmetrlik zal, 7 kabinet var. Zal və kabinetlərdə mərkəzi isitmə və havalandırma sistemi var. Restoranın qiyməti 300 min manatdır.

10 min manata icarədə olan obyekt

Qaraçuxur qəsəbəsində ümumi sahəsi 2000 kvadratmetr olan, 450 masalıq şadlıq sarayı satılır. Birinci mərtəbəsindəki supermarketi 10 min manata icarədə olan bu şadlıq sarayının satış qiyməti 3 milyon 200 min manatdır.

3,5 milyon manatlıq restoran

9-cu mikrorayonda satışa çıxarılan və ümumi sahəsi 1500 kvadratmetr olan bu qeyri-yaşayış sahəsi 7sot sahədə tikilmiş 4 mərtəbəli ayrıca tikilidir. Hazırda restoran kimi fəaliyyətdədir. Satış qiyməti 3 milyon 500 min manatdır.