May ayında Bakıda ilk dəfə olaraq dünya miqyasında məşhur olan “Freepik Azerbaijan – 2019” tədbiri keçiriləcək. Bu barədə tədbirin Azərbaycan üzrə səfiri Balaş Mirzəbəy məlumat verib. Tədbir 26 may 2019-cu il tarixində Holiday Inn oteldə baş tutacaq.
“İl ərzində dünyanın müxtəlif ölkələrində bu tədbir keçirilir. Son illər Azərbaycanda rəqəmsallaşmaya, digital platformalara, dizayn işlərinə və fotoqraf sənətinə böyük maraq olduğu üçün qərara gəldik ki, analoji tədbiri ölkəmizdə də keçirək. Əsas məqsədimiz ölkədəki dizayn sahələrinin genişləndirilməsi, yeni üslubların şirkətlərdə tətbiqi və digər mühüm məsələlərin müzakirəsindən ibarətdir. “Freepik Azerbaijan – 2019”da şirkətin baş ofisindən gələn spikerin, həmçinin ölkənin tanınmış dizayner və fotoqraflarının çıxışı həyata keçiriləcək. Tədbir zamanı dizayner və fotoqrafların bu platforma üzərindən davamlı olaraq, pul vəsaitinin qazanılması yolları da izah olunacaq”, – deyə, Balaş Mirzəbəy bildirib.
Qeyd edək ki, Freepik gəlir gətirən art platformalardan biridir. İlk dəfə 2010-cu ildə Alejandro və Pablo qardaşları ilə birgə Joaquin Cuenca tərəfindən yaradılıb. Freepik, yalnız dizayn sahəsi ilə maraqlananlar üçün deyil, bir çox insanlar üçün yararlıdır. Təqdim olunarkən 3 nəfərlə başlayan bu komanda, hazırda İspaniyanın Malaqa şəhərində 100 nəfər əməkdaş və müxtəlif ölkələrdə təyin etdiyi səfirlərlə təmsil olunur. Freepik saytının aylıq giriş sayı 190 ölkə üzrə 20 milyon istifadəçidən artıqdır. İstifadəçiyə birbaşa çata bilən bu platforma, işini yerləşdirməklə satış edən müəlliflərə gəlir gətirir.
Tədbirdə sponsor olaraq iştirak etmək və ya bilet almaq istəyənlər rəsmi facebook səhifəsinə fb/freepikcontributorazerbaijan və ya (+99 455 668 88 11) nömrəsinə müraciət edə bilərlər.