Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri AzTU “Huawei” və “Volskwagen” şirkətləri ilə əməkdaşlıq edəcək

AzTU “Huawei” və “Volskwagen” şirkətləri ilə əməkdaşlıq edəcək

70
Paylaş

“Texniki Universitet bir sıra şirkət, elmi tədqiqat mərkəzləri, fondlarla əməkdaşlıq edir. Belə şirkətlərə misal olaraq Çinin “Huawei” şirkətini göstərmək olar. Qurumun nümayəndə heyəti AzTU-da olub, əməkdaşlıq imkanları müzakirə edilib. Bu şirkətlə əlaqələr səmərəli ola bilər”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova deyib.

S.İsgəndərova AzTU-nun Almaniya ilə əlqələrindən də danışıb: “AzTU-nun Almaniya ilə əlqələrinin geniş olduğunu nəzərə alsaq, Almaniyanın DFG (Alman Elmi tədqiqat Cəmiyyəti) ilə əlaqəsi elmi tədqiqat işlərinin kommersiyalaşmasında səmərəli ola bilər. Almaniyanın Aleksand Humboldt Fondu ilə əməkdaşlığın daha da yaxşılaşdırılması, onların imkanlarından istifadə olunması planlaşdırılır. Bu barədə əməkdaşlar arasında təşviqat işləri genişləndirilir”.

“Eyni zamanda, Almaniyanın “Volskwagen” və digər böyük şirkətlərin elan etdiyi layihələrdə iştirak edilməsi üçün lazımi konsepsiyanın hazırlanması barədə işlər aparılır”, – deyə universitetin sözçüsü əlavə edib.