“Apple” gələn il 5G texnologiyalı iPhone-lar təqdim edəcək

Date:

Paylaş:

“Apple”ın 2020-ci ildə “iPhone” modelləri haqqında iddialar ortaya çıxmağa başlayıb.

Bizplus.az bildirir ki, “Apple”ın gələn 4 fərqli “iPhone” modeli ilə qarşımıza çıxacağı iddia edilir. Bundan başqa, “iPhone 12” seriyasının xüsusiyyətləri haqqında da bəzi ipucları ortaya çıxıb.

“JPMorgan”ın analitiki Samik Chatterjee tərəfindən irəli sürülən iddialara görə, “Apple”ın 2020-ci ildə təqdim edəcəyi 4 modelin hər biri 5G texnologiyasına  və OLED ekranlara sahib olacaq. Yəni “Apple” “iPhone 11” modelində istifadə etdiyi LCD ekranı növbəti “iPhone”ların heç birində yararlanmayacaq.

Analitikin iddiasına görə, “Apple”ın gələn il təqdi medəcəyi modellərdən 2-si çox bahalı olacaq. Digər 2-si isə uyğun qiymətlə təqdim ediləcək. Bahalı modellerin ekran ölçülərinin 6,1 və 6,7 düym olması gözləntilər arasındadır. Digər modellerin ekranının 5,4, 6,1 düym olacağı deyilir.

Bahalı modellərdə, həmçinin 3D kamera texnologiyası yer alacaq. Digər “iPhone”larda isə ikili arxa kamera dizaynına sadiq qalınacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...