“Azersun Holding”in Baş ofisinin yerləşdiyi ünvanda “Nobel Food Industry” MMC adında şirkət yaradılıb.
Şirkətin qanuni təmsilçisi “Azersun”da çalışan Cahangir Arif oğlu Eynullayevdir.
Məlumatda qeyd edilir ki, bu şirkətin nizamnamə kapitalı 1 mln. manat olacaq.
Şirkətin hüquqi ünvanı isə Bakı Şəhəri Nizami Rayonu, Heydər Əliyev Prospektində (Azersun-nun Baş ofisi ilə eyni ünvanda) yerləşir.