Tedbirli.com – yerli tədbir təşkili onlayn platforması bu yaxınlarda rəsmi olaraq Bakıda “Pecha Kucha Night” tədbirlərinin təşkilinin keçirilməsi lisenziyasını əldə edib. Dünyaca məşhur “Pecha Kucha Night” tədbirləri konsept olaraq bizlərə “TEDx” tərzini xatırladır. Bəs fərqli olan nədir?
Pecha Kucha Night (PKN) ( yaponcadan tərcümədə söhbət etmək) ilk dəfə 2003-cü il fevral ayında Yaponiya Tokioda Klein-Dytham Architecture şirkətinin iki əməkdaşı tərəfindən qurulmuş dünyanın ikinci ən böyük “talks” şirkətidir. Bu həmçinin qərb sisteminin şərq üslubunda təqdimat formatı kimi də tanınır. Hal-hazırda dünyanın 1022 şəhərində 176 ölkəsində fəaliyyət göstərən layihə öz 20 slayd 20 saniyə sisteminə görə fərqlənir .
Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesaba
Azərbaycanda ilk dəfə PKN 2013-cü ildə İrəli İB tərəfindən alınıb lakin o vaxt şəhər təşkilatçıları yalnız iki PKN etdiklərinə görə lisenziyaları ləğv edilib və 4 ilə yaxındır ki, Azərbaycan üzrə heç bir PKN lisenziyası alınmayıb. 2017-ci ildən Tedbirli.com, PKN –nin Azərbaycan Bakı üzrə şəhər təşkilatı, platformanın ortaq qurucusu Fərid Məhərrəmli isə şəhər təşkilatçısı lisenziyası alıbdır.
Bu lisenziyanı almaq çün startup rəhbərləri 40 gündən çox bir müddət vaxt sərf etdiklərini söyləyir. Xatırladaq ki, PKN digər dünya şəhərlərində dövlət və böyük şirkətlərdən sponsor dəstəyi alan global layihə kimi məşhurdur.