Azərbaycanlı istifadəçilər arasında ən populyar smartfonlar siyahısı açıqlanıb

Date:

Paylaş:

“Samsung” smartfonları azərbaycanlı istifadəçilər arasında ən populyar smartfonlardır.

Statistik göstəricilər “Global Stats” portalında dərc olunub.

Aprel yekunlarına əsasən, Azərbaycanın smartfon bazarında satışların 56,89 faizi “Samsung” smartfonlarının payına düşür. Ancaq son zamanlar Cənubi Koreya istehsalçısının satış həcmi “Apple” və “Xiaomi” smartfonlarına olan tələbin artması ilə əlaqədar olaraq azalıb.  

Belə ki, 2018-ci ilin aprel ayından bəri “Samsung”un smartfon bazarındakı “payı” 3,99 faiz geriləyib.

Bu müddət ərzində “Xiaomi” yerli bazar seqmentində iştirakını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, şirkətin yerli bazardakı payı 2,97 faizdən 12,94 faizə, “Apple” şirkətinin payı isə 10,36 faizdən 12,52 faizə yüksəlib.

Mahiyyət etibarilə “Samsung”, “Apple” və “Xiamoi”  Azərbaycan bazarının liderləridir. Qalan məşhur brendlərin Azərbaycanın smartfon bazarındakı payı 5 faizdən aşağıdır (“Huawei” – 3,18%, LG – 2,2%, “Lenovo” – 1,69%, HTC – 1,26%, “Alcatel” – 0,91%).

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...