“Huawei” şirkəti “Honor 20” smartfonlarının yeni seriyasını təqdim edib

Date:

Paylaş:

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

Sözügedən istehsal xəttinin əsas aparatı “Honor 20 Pro” qabaqcıl smartfonudur. Qurğu “Cortex-A76” səkkiz nüvəli 7 nanometrlik “Kirin 980” prosessoru, həmçinin 8 QB əməli yaddaşla təchiz edilib. Smartfonun daxili yaddaşı 256 QB-dır. Aparata, həmçinin 22,5 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

Qabaqcıl smartfon 4 datçikdən (biri 48 meqapiksellik “Sony IMX586”) ibarət əsas kamera ilə təchiz edilib. İkinci datçik geniş bucaqlı obyektivə və 16 meqapiksellik, üçüncü isə teleobyektiv və 8 meqapiksellik təsvir ölçüsünə malikdir, dördüncü datçik makro çəkiliş üçün nəzərdə tutulub və onun təsvir ölçüsü 2 meqapiksel təşkil edir.

“Honor 20” modelində eyni modullardır, yalnız teleobyektivi səhnənin dərinliyinin təhlili üçün datçik əvəz edib. Hər iki modeldə ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

Hər iki qurğunun displeyinin diaqonalı 6,26 düym təşkil edir. Barmaq izi skaneri smartfonun sağ hissəsində yerləşdirilib.

Hər iki aparat “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Honor 20 Pro” smartfonu “Phantom Blue” və “Phantom Black”, “Honor 20” isə “Sapphire Blue”, “Midnight Black” və “Icelandic White” rənglərində əlçatan olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...