“LukOil” üç illik inkişaf və on il müddətinə konsepsiya proqramı hazırlayır. Hansı ki, bu proqramlar çərçivəsində 80-85 milyard dollar investisiya yatırmağı hədəfləyir.
Oxu.Az xəbər verir ki, şirkətin rəhbəri Vahid Ələkbərov neft hasilatının 100 milyon ton ətrafında saxlanacağını deyib. Qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır: “Biz hesab edirik ki, qarşıdakı 10 ildə biz 1,1-1,2 milyard ton təbii qaz ehtiyatı yarada bilərik”.
V.Ələkbərov üç illik proqram dövründə neftin qiymətini 50 dollar, dolların rubla nisbətdə məzənnəsini 62-64 rubl hesabladıqlarını deyib.