Azərbaycan və Türkiyə güzəştli ticarət haqqında saziş imzalayacaq. Bu Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı olacaq.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.
Səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir.
Güzəştli ticarət sazişi qarşılıqlı gömrük güzəştləri və 15 müxtəlif məhsula güzəştləri nəzərdə tutur.