Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artırıla bilər

Date:

Paylaş:

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın geniş sahələri nəzərdən keçirilib.

Bildirilib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur.

N.Turnava da qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Onun sözlərinə görə, Gürcüstanda Azərbaycanla birgə 130 müəssisə fəaliyyət göstərir.

Tərəflər iki ölkənin iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin vacibliyindən də söz açıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...