Azərbaycanın “Karaca Fındıq” şirkəti Belarusa $1 mln. dəyərində fındıq ixrac edəcək

Date:

Paylaş:

Azərbaycanın “Karaca Fındıq” şirkəti “Worldfood Moscow 2019” 28-ci beynəlxalq ərzaq sərgisi çərçivəsində $1 mln. dəyərində fındıq ixracına dair müqavilə imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.

“Karaca Fındıq” “Worldfood Moscow 2019” 28-ci beynəlxalq ərzaq sərgisi çərçivəsində Belarusdan olan şirkətlə $1 mln. dəyərində fındıq ixracına dair müqavilə imzalayıb”, – məlumatda qeyd olunur.

Bundan başqa, “Karaca Fındıq” Rusiyaya 23 ton, Moldovaya 20 ton, Belarusa isə 13 ton qovrulmuş fındığın ixracına dair razılıq əldə edib.

“Karaca Fındıq” şirkəti Azərbaycanın Zaqatala rayonunda yerləşir. Müəssisənin illik gücü 2 min ton təşkil edir.

Məlumata əsasən, “Azərstar” şirkəti Rusiyadan olan 242 ton fındıq məhsulunun ixracına, “Grow Group Azerbaijan” şirkəti isə Rusiyanın iri mağazalar şəbəkəsi ilə 1 min ton pomidorun ixracına dair müqavilə imzalayıb. Müqavilələrin dəyəri qeyd olunmur.

Xəbər verildiyi kimi, sərgidə Azərbaycan 33 yerli şirkətlə təmsil olunub.

“Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisi sentyabrın 24-27-də Rusiyanın Moskva şəhərində təşkil olunub. qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib. Vahid ölkə stendinin ümumi sahəsi 415 kvadratmetr təşkil edib.

Yanvar-iyun aylarında Azərbaycan $67 mln. 876,25 min məbləğində 12,248 min ton meşə fındığı ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 1,8 dəfə, dəyər ifadəsində 1,9 dəfə artıb. Meşə fındığının əsas ixracatçıları Rusiya, İtaliya və Almaniya olub. Xüsusilə 6 ay ərzində Rusiyaya $26 mln. 369,25 min məbləğində 5,254 min ton, İtaliyaya $24 mln. 792,8 min məbləğində 4,124 min ton, Almaniyaya isə $10 mln. 171,52 min məbləğində 1,734 min ton fındıq ixrac edilib. Qalan həcm digər ölkələrin payına düşüb.

2018-ci ildə Azərbaycan $93 mln. 507,25 min məbləğində 18,223 min ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...