“Xiaomi” şirkəti “Mi Mix Alpha”nın satışını təxirə saldı

Date:

Paylaş:

Xiaomi Mi Mix Alpha konseptual smartfonun təqdimatından sonra internetdə bu smartfonun satış tarixi barısində çoxlu sayda məlumat ortaya çıxmışdı. Lakin şirkət özü smartfonun rəsmi satış tarixi barəsində məlumat verməmişdi. Bu məsələni şirkətin top menecerlərindən biri aydınlaşdırıb. Bu barədə Gizchina saytı xəbər verib. Xiaomi şirkətinin brend meceneri Edward Bishop-un sözlərinə əsasən Mi Mix Alpha bu il satışa çıxamayacaq.

Onun sözlərinə əsasən bu ay Xiaomi CC seriyasının yeni smartfon modelləri təqdim olunacaq. Mi Mix Alpha-nın satışa çıxmasını isə 2020-ci ildən tez gözləmək lazım deyil. Hələ bir neçə müddət bundan öncə şirkət rəhbəri bildirmişdi ki, Mi Mix Alpha-nın istehsalat prosesi çox qəlizdir. Heç istisna deyil ki, məhz bu səbəbdən şirkət smartfonun satış tarixini gələn ilə keçirdib. Qeyd etmək lazımdır ki, şirkət bu smartfon üzərində 2 il çalışıb və onun hazırlanmasına 70 milyon dollar vəsait xərcləyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...