Bu ilin II rübündə Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-iyun ayları üçün tədiyyə balansına istinadən, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 1 mlrd. 713 mln. dollar olub.
Bu, I rüblə müqayisədə 1 mlrd. 109,6 mln. dollar və ya 2,84 dəfə çoxdur. Ümumiyyətlə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 282,2 mln. dollar və ya 19,7% çoxdur.