Dara Xosrovşahi (Uber): «Əsas nəqliyyat vasitəsi-avtomobil deyil»

Date:

Paylaş:

Dara Xosrovşahi 2015-ci ildə ABŞ-ın ən yüksək ödənişli meneceri oldu.O, İranda anadan olub, 10 yaşında valideynləri ilə birlikdə Amerikaya köçüb. Bir il əvvəl Xosrovşahi xidmətin qurucusu olan Travis Kalaniki əvəz edərək Uberin baş direktoru oldu. Bu çətin bir il idi: şirkətin zərərləri böyüməyə davam edirdi, Uberin işi fərqli şəhərlərdə məhdudlaşdırıldı, pilotsuz avtomobil qəzaya düşdü və bir piyadanı vurdu. Xosrovşahi, TechCrunch-in illik Disrupt konfransında şirkətin gələcəydə necə inkişaf edəcəyi barədə danışdı. Biz çıxışdan maraqlı olan hissələri Sizə təqdim edirik.

Özü və şirkətdə olduğu bir il haqqında

Bir il əvvəl nəyə başladığım barədə  heç bir fikrim yox idi. Bütün digər rəqəmsal şirkətlərdən biz fiziki dünyaya nəzarət etməklə fərqlənirik. Siz düyməyə basırsınız – bir avtomobil sizə yaxınlaşaraq burger gətirir. Fiziki dünyanı, rəqəmsala nisbətən təşkil etmək daha çətindir. Buna görə hökumət təşkilatları, nəzarət orqanları ilə çox ünsiyyətdə olacağımı düşünürdüm,həmçinin hadisələrin ortasında olmasam burada bir şeyin öhdəsindən gəlməyin çətin olacağınıda başa düşürdüm. Bu maraqlı bir yoldur və mən proses əsnaasında öyrənməyə davam edirəm.

Velosipedlər, samakat və digər nəqliyyat vasitələri haqqında

İndi əsas məqsədimiz Uberi yalnız sərnişin daşınması üçün bir platformaya deyil, bir nəqliyyat şirkətinə çevirməkdir. Biz avtomobil idarə edilən zaman seqreqasiyanı məhv etməyə çalışırıq. Avtomobil- bu çox bir şeydə istifadə edilə biləcək mükəmməl bir vasitədir: işə getmək,uşaqları məktəbə aparmaq, alış-veriş etmək, ziyarət etmək – bu halların hər biri üçün ayrı bir maşın lazım deyil. Ancaq böyük şəhərlərə və xidmətlərə gəldikdə, bütün bu vəziyyətləri bölmək mümkündür.Yalnız özünüz şəhərin mərkəzində 4 km mesafəni keçeceksinizsə,onda avtomobili götürmək sizə lazım deyil. Bu həm şəhər həm də sizin üçün pisdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bizdə hardan və haraya gideceğinizi söyləyən çox böyük bir auditoriya var və biz artıq bu 4 kilometrlik məsafəni keçmək üçün fərqli variantları təklif edə bilərik. Məsələn, o məsafəni bir velosiped ilə qət edin. Velosiped ilə getməyiniz həm tez olacaq ,həmdə sizin sağlamlığınız üçün xeyirlidir. Beləliklə, addım-addım, avtomobilin funksiyalarını digər xidmətlərə bölüşdürəcəyik. Mühendislerimiz yeni proqram təminatının və alqoritmlərin hazırlığı ilə, istifadəçilər haqqında məlumat toplamaqla həvəslə məşğul olurlar.

Əlbəttə ki, çətinliklərdə var. Məsələn, yeni qanuna əsasən indi San-Fransiskoda, bir samakat üzərində hərəkət etməyiniz üçün sürücülük vəsiqəsi tələb olunur. Əlbəttə ki, biz bundan çox məmnun deyilik. Ancaq şəhər bələdiyyəsi şəhər əhalisinin rahat olmasını təmin etmək üçün hər şeyi edir,mən ümid edirəm ki, biz öz işimiz ilə, əla texnologiyaya, səmərəliyə və praktikliyə sahib olduğumuzu sübut edirik. Beləliklə, tezliklə San-Fransisko küçələrində olacağıq. Yenə də bir çox başqa şəhərlərdə var.

Bizim özümüzün şəxsi samakatlarımız hələ yoxdur, biz Lime ilə əməkdaşlıq edirik və onların servisini Uber-ə inteqrasiya etməyi planlaşdırırıq. Onlar bir çox şəhərlərdə təmsil olunurlar. Bundan əlavə, biz elektrikli velisoped olan Jump xidmətini inkişaf etdiririk, keçdiyimiz günlərdə Santa Monica’da bunun üçün lisenziya aldıq.

Pilotsuz avtomobillər haqqında

İlin başında,pilotsuz vasitəni test edərkən bir qəza meydana gəldi. Bu bizim üçün həyəcan verici bir çağırış idi – və çox ciddi idi. Bu hadisənin baş verə biləcəyini teoriyada güman edirsiniz, ancaq reallıqda bir adamın əsl ölümü sanki ayaqlarınızı yerdən üzür. Biz dərhal küçələrdən pilotsuz vasitələri qaldırdıq və bu vəziyyətdə yeganə doğru qərar bu idi. Və biz bütün prosesləri yenidən nəzərdən keçirməyə və onların əsaslı dəyişikliklərini etməyə başladıq.

Hal-hazırda əsas məqsədimiz küçələrə pilotsuz nəqliyyat vasitələrini qaytarmaq və onları mümkün qədər təhlükəsiz hala gətirməkdir. Bizim böyük üstünlüyümüz ondan ibarətdir ki, proqram təminatı ilə paralel olaraq gözəl icadlarla məşğul ola bilərik. Buna müxtəlif şirkətlərlə, məsələn, Toyota ilə əməkdaşlıq və onların texnologiyasını bizimlə paylaşan digər şirkətlərlə əməkdaşlıq əlavə olunur. Biz hibrid nəqliyyat sisteminə ehtiyacımız olduğuna əminik. İndi avtomobil bir adam tərəfindən idarə olunur, ancaq artıq elektrikli vasitələr var, sonra isə pilotsuz vaxtı gələcək. Və növbəti on il ərzində bu əsas kursdur. Pilotsuz texnologiyalardan necə pul qazanmaq olar? Hələ ki bu mövzu aktual deyil. Yaxın gələcəkdə texnologiyamızı inkişaf etdirmək üçün bütün gücümüz ilə işləyəcəyik.

İnvestorlar, zərərlər və IPO ilə münasibətlər

Keçən ilki rübü zərərlə başa vurmağımıza baxmayaraq, gələn il Uber bir ictimai şirkətə çevriləcək. Mən vurğulamaq istəyirəm ki, investorlar buna üç ay deyil, daha uzun müddətdir ki,diqqətlərini cəlb ediblər.Onlar ictimai şirkət inkişaf etsin deyə cox məbləğ ödəməyə hazırdılar.Şəxsi avtomobilləri əvəz edən pilotsuz vasitələr bazarında milyardlar dönür. Bizim gəlir təxminən $ 6,5 milyardır. Bazarın ölçüsü və bununla bağlı böyümə imkanları böyükdür.Uberdə bütün dünyada inkişaf edən və demək olar ki,bu sahədə  heç bir rəqibimiz olmayan avtomobil icarəsi seqmenti var. Uber Eats – qida çatdırılmasında ən böyük platformadı. Bundan əlavə, bizdə icarəyə velosipedlər və samakatlar var. Və əgər, məsələn, üç seqmenti götürsəniz: velosipedlər,samakatlar və yük daşıyıcılar – və UberX ilə dinamika baxımından müqayisə etsək, bizdə UberX kimi demək olar ki, eyni göstəriciləri olan üç şirkət var. Görünür ki, portfelimizdə artıq dörd uğurlu biznes var.

Biz investorlara nə deyirik: böyük bir bazarda,geniş inkişaf perspektivinə malik olan bir şirkətimiz var. Və əgər aralarında rüblük bir hesabat ilə maraqlanan  investor varsa,o, Uber üçün uyğun ola bilər. Ancaq nəqliyyat bazarında inqilab yaradan və hazırda ən yaxşı performansı,pilotsuz texnologiyaları olan bir şirkətlə maraqlanan investor üçün, Uber ideal bir seçimdir. Əminəm ki, onlardan çoxdur. Hələ çox iş görüləcək,özünü güclü intizam etmək lazımdır,mən 14 ildi ictimai bazardayam və nə danışdığımı bilirəm.

Dünya və Uber on ildən sonra necə olacaq

Ümid edirəm ki, on ildən sonra heç kim şəxsi avtomobilinə sahib olmayacaq. İnanıram ki, gələcəkdə şəxsi elektrikli nəqliyyat olacaq ancaq. İndi hər kəs elektrikli avtomobillər ilə maraqlanır-bu bizim işimizdir. Rachel Holt rəhbərliyi altında, inanılmaz, çətin iş görən yeni bir təşkilat qurduq və bu təşkilatın şəxsi nəqliyyat vasitələrin hansı istiqamətdə inkişaf etməsi lazım olduğunu öyrənmək lazımdır.  Biz əminik ki, əsas nəqliyyat vasitəsi avtomobil deyil. Əlbəttə, bu sahədə nə baş verəcəyini öyrənmək istəyirik. Bu on il ərzində bir taksi işi kimi fəaliyyətimiz biznesimizin 50% -dən az hissəsini təşkil edəcək.

Əsl yenilikçilər-ilk öncə dəli adlandırılanlardır.İndi bizi belə çağırmaqları bizi hətda sevindirir. İndi dünya əhalisinin yarısı şəhərlərdə yaşayır. Gələcəkdə üçdə ikisi olacaq. Bizim kimi şirkətlər üçün bu müsbətdir, lakin şəhərlər üçün – böyük bir problemdir, onlar əvvəlki kimi infrastrukturu inkişaf etdirə bilmirlər. Memarlar artıq şaquli tikilməyə üstünlük verirlər və nəqliyyat sistemi də buna uyğun olmalıdır. Yeraltı nəqliyyat, yerüstü nəqliyyat – gələcək bunlardan ibarətdir. Onlara müasir texnologiya əlavə edərək, gələcək on il üçün kurs alacayıq.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...