Azərbaycanda tamamilə təmassız plastik kartlara keçid üçün tələb qoyulub

Date:

Paylaş:

“Mastercard” 12 aprel 2021-ci il tarixinə qədər Azərbaycanda tamamilə təmassız plastik kartlara keçid üçün tələb qoyub. 

Bu barədə şirkətdən bildirilib.

Məlumatda deyilir ki, bir sıra MDB ölkələri üçün bu müddət artıq başa çatıb. 

“Bu il aprelin 12-dən Avropada həm EMV, həm də təmassız bütün yeni kartların buraxılışına mandat var. “Mastercard” bu prosesi Azərbaycan üçün dövlət səviyyəsində 2 il müddətinə – 2021-ci il aprelin 12-nə qədər uzadıb. Biz iqtisadiyyatın nağdsız transformasiyasını sürətləndirən təmassız texnologiyalar bazarının inkişafı ilə bağı olan bütün partnyorlarımız, banklar və tənzimləyicilər ilə daima əlaqədəyik”,- deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, eyni tələbi Azərbaycan banklarına qarşı “Visa International” də irəli sürüb. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...