Böyük Britaniya: biznes üçün yeni vizalar

Date:

Paylaş:

Onlara Start-up və Innovator vizaları aid olunurlar. Bu vizalar yalnız İT sahəsində deyil, müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslər üçün uyğun gəlir. Müraciət göndərən şəxslər Böyük Britaniyanın akkreditasiya edilmiş təşkilatlardan (endorsing bodies) razılıq (endorsement) almalıdırlar.

Start-up visa

Tier 1 Graduate Enterpreneur vizasını əvəz edir və yalnız ali təhsil müəssisələrinin məzunları üçün deyil, eyni zamanda perspektivli sahibkarlar üçün də uyğun gəlir. 2 il müddətinə verilir. Vizanın etibarlılıq müddəti sona çatdığı zaman digər vizaya keçid edə bilərsiniz (məsələn, Innovator vizasına). Start-up vizasının müddəti uzadılmır.

İngiltərənin akkreditasiya edilmiş təşkilatlarının siyahısını burada tapa bilərsiniz. Qeyd olunur ki, bu siyahı mütəmadi olaraq tamamlanacaqdır.

Şəxsi biznes ilə yanaşı digər bir işlə də məşğul ola bilərsiniz. Start-up vizası haqqında daha geniş məlumatı isə buradan əldə edə bilərsiniz.

Innovator visa

Vizaların bu növü daha təcrübəli sahibkarlar üçün nəzərdə tutulur və Tier 1 Entrepreneur kateqoriyasını əvəz edir. Müddəti 3 il təşkil edir, zərurət yarandığı halda bu vizanın müddəti uzadıla bilər.

Innovator vizası üçün sizə dəstək məktubunu təqdim edə biləcək təşkilatların siyahısını burdan izləyə bilərsiniz.

İlk öncə Böyük Britaniyada qurmaq istədiyiniz biznesə yatırım etməli olduğunuz  £50 000 vəsaitə çıxış təqdim etməlisiniz. Bəzi hallarda bu tələb olunmur (məsələn, əgər bu biznes-ideya daha əvvəl akkreditasiya olunmuş təşkilatdan razılıq əldə edibsə).

Start-up vizasından fərqli olaraq, Innovator vizası biznesdən başqa hər hansısa işlə məşğul olmağa icazə vermir. Innovator visa haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə, buraya daxil ola bilərsiniz.

Hər iki halda ingilis dili üzrə biliklərinizi (minimum olaraq B2 səviyyəsi tələb olunur) və şəxsi ehtiyaclarını ödəyə biləcək £945 vəsait nümayiş etdirməli olacaqsınız. Eyni zamanda həyat yoldaşınız və 18 yaşına çatmamış uşaqlarınız üçün də bu vizaları əldə edə bilərsiniz.

Böyük Britaniyada fəaliyyət göstərən digər vizalar

Exceptional Talent visa. Burada konkret biznes-ideya deyil,  müraciət edən şəxsin hər hansısa bacarıqları və peşəkar nailiyyətləri qiymətləndirilir. Viza ölkə ərazisində müxtəlif fəaliyyətlərlə məşğul olmağa imkan verir.

Müraciət edənlər akkreditasiya olunmuş təşkilatın razılığını almalıdırlar (rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün Tech Nation təşkilatı).

Representative of an Overseas Business visa (Sole Representative visa). Şirkətdə yüksək vəzifəyə malik olan, lakin şirkətdəki payı 50%-dən çox olmayan və Böyük Britaniyada işləməyi planlayanlar namizədlər üçün nəzərdə tutulur.

Tier 2 Intra-company Transfer və Tier 2 General Work vizaları isə sponsorluq lisenziyasının alınması ilə bağlıdırlar.

Əgər sadəcə qısamüddətli səfərlər planlayırsınızsa və Böyük Britaniyada işləməyi düşünmürsünüzsə (müxtəlif tədbirlərdə iştirak, əməkdaşlarla danışıqlar keçirmək və s.), Visitor vizasını əldə etməyiniz kifayətdir.

Əgər Böyük Britaniyada ofis açmağı və əməkdaşları işə götürməyi planlayırsınızsa, bununla bağlı yaranacaq bütün sualları Beynəlxalq Ticarət Departamentinə ünvanlandırıb konsultasiya əldə edə bilərsiniz.   

Böyük Britaniya səfirliyində bu kimi xidmətlər pulsuz şəkildə təklif olunur. Vizaların verilmə müddətinə dair məlumatı buradan əldə edə bilərsiniz.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...