Azərbaycanda sahibkarların sayı açıqlandı

0
754
biznesmen

“Azərbaycanda sahibkarların sayı 900 mini ötüb”.

APA.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” konfransında çıxışı zamanı bildirib.

“Bundan başqa, məşğulluqda özəl sektorun payı 75% təşkil edir. Həmçinin ölkədə makroiqtisadi göstəricilər artan istiqamətdə davam edir”, – deyə S.Məmmədov vurğulayıb.