Azərbaycanda pərakəndə CNG satışı 30 dəfədən çox artıb

Date:

Paylaş:

Bu ilin yanvar-iyul aylarında “SOCAR PETROLEUM” QSC 11,9 milyon kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, bunun 1,3 milyon tonu və yaxud təxminən 11%-i pərakəndə qaydada satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 30 dəfədən çox artıb.

Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR PETROLEUM”a məxsus 29 yanacaqdoldurma məntəqəsinin beşində bu mühərrik yanacağının satışı həyata keçirilir və yeddi YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır. Cari ilin sonunadək isə “SOCAR PETROLEUM” QSC-in CNG satışını həyata keçirən yanacaq doldurma məntəqələrinin sayının 21-ə çatdırılması planlaşdırılır.

Xatırladaq ki, CNG – beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...