Audi ilin sonuna kimi altı yeni RS modelini təqdim edəcək

Date:

Paylaş:

Audi şirkəti ilin sonuna qədər RS indeksinə malik olan altı yeni modeli nümayiş etdirəcəkdir. Onlardan bir neçəsi bir aydan sonra fəaliyyətə başlayacaq Frankfurt avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır.

Fotocəsusların çəkdikləri şəkillərə istinad etsək, bu modellərdən ikisinin Q3 ailəsinə aid olduğunu söyləmək olar. Yaxın zamanlarda Audi RS Q3 və RS Q3 Sportback modellərinin debütü gözlənilir. Hər iki krossover 400 at qüvvəsinə malik olan 2,5-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir.

Digər cütlük, Audi RS6 Avant və RS7 Sportback modelləridir. Bu iki «bərkgedən» modelin 600 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərrikinə sahib olacağı söylənilir. Lakin,  bu modellərin 700 at qüvvəli hibrid versiyasının hazırlandığı barədə söz-söhbətlər dolaşmaqdadır.

Çox güman ki, RS ailəsinin yeni bayraqdarı RS Q8 krossoveri olacaqdır. Böyük ehtimalla, bu krossover də RS6/RS7 modelləri ilə eyni güc aqreqatına sahib olacaqdırlar.

Yəqin ki, RS ailəsinin altıncı üzvünün Audi RS4 Avant modelinin olacağını söyləməyə ehtiyac yoxdur. Yenilənmiş Audi S4 modelindən sonra, məntiqə uyğun olaraq, növbə RS4 Avant modelinindir. Böyük ehtimalla, RS4 Avant 444 at qüvvəli 2,9-litrlik V6 biturbomühərrikinə sahib olacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...