Vergilər Nazirliyi mayın 16-da Bakıda “İT Bridge” MMC-ni 10 manat əsas nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Üç il bundan əvvəl etdiyi eyni kapital ilə Sumqayıtda “STDC” şirkəti yaradılıb. Onun direktoru Elvin Aslanovdur.
“STDC” MMC (Sumgayit Tecnologies Data Center) 2017-ci ildən Sumqayıt Kimya Sənaye Parkının rezidentidir və kriptovalyuta mayninqi ilə məşğul olur. Hazırda şirkətin kapitalı 287,5 milyon manatı (təxminən 170 milyon ABŞ dolları) keçib. Şirkətin data mərkəzi SKSP ərazisində 14 hektar sahəni əhatə edir. Şirkətin korporativ sayt hazırlanma mərhələsindədir. Onun maliyyə göstəriciləri, təsisçiləri və əməliyyatlarının maliyyə mənbəyi barədə məlumat yoxdur.