“LG” şirkəti LG W seriyasını təqdim edib

Date:

Paylaş:

    LG şirkəti Hindistanda özünün yeni büdcəli smartfon seriyası LG W-ni təqdim etdi. Yeni smartfon seriyasına LG W10, W30 və W30 Pro modelləri daxil oldular. Bu barədə Gagadget saytı xəbər verib. Gəlin ilk öncə LG W10 modelindən danışaq.

LG W10
LG W10

Beləliklə bu smartfon plastik materialdan hazırlanmış gövdəyə sahibdir və HD+ keyfiyyətli 6.19 düym FullVision ekranla təchiz olunub. Ekranın yuxarı hissəsində isə damcı formalı çıxıntı hissə və LED işıqlandırma sistemi yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

LG W30
LG W30

LG W30 modeli isə adi W10-dan fərqli olaraq 6.22 düym ekran, 12 MP + 13 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Digər texniki göstəricilər baxımından hər iki smartfon modeli eynidir.

LG W30 Pro
LG W30 Pro

LG W30 Pro modelinə gəldikdə isə bu smartfon 6.21 düym ekran, bir qədər daha güclü prosessor olan Snapdraogn 632, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər 3 smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. LG W10 ilə W30 3 iyul tarixində satışa çıxacaq. LG W10 modeli 130$-a, W30 modeli isə 144$-a satılacaq. W30 Pro modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatı şirkət daha sonra verəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...