Azərbaycanda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq

Date:

Paylaş:

2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirib.

Bizplus.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Məlumata görə, biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və s. mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak edib.

KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq edib, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunub.

Tədbirlərdə nəzəri məlumatlandırma ilə yanaşı, sahibkarlara müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış sahibkarlar təcrübələrini bölüşüblər.

Bundan başqa, 2019-cu ildə Azərbaycan tərəfindən KOBİA-nın, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb. Bu il 40-a yaxın sahibkar və menecer Almaniyada ixtisas artırma kursu keçəcəkdir.

2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...