“Azərbaycanda hər 100 nəfərə 112 mobil telefon düşür”

Date:

Paylaş:

“Hazırda Azərbaycan əhalisinin 80%-dən çoxunun yüksəksürətli internetə çıxışı var”.

Bunu Bakıda keçirilən “Xəzər İnnovasiya Konfransı”nda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, həmin göstərici ev təsərrüfatları üzrə 72,2% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən daha çoxdur: “Dünyadakı ev təsərrüfatının 57%-nin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7%-nin yüksəksürətli internetə çıxışı var”, – deyə o, qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycanda mobil telefondan istifadə də yüksək səviyyədədir: “Hazırda ölkəmizdə hər 100 nəfərə 112 mobil telefon düşür”.

“İnnovasiyaların inkişafı nəticəsində əşyaların interneti sahəsinə qoyulan investisiyaların məbləği 6 milyard ABŞ dollarına çatdırılacaq”, – deyə E.Vəlizadə əlavə edib.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...