Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək

Date:

Paylaş:

Azərbaycanda əvvəllər yetişdirilən nar sortları yenidən bərpa olunacaq.

Bu barədə “Bizplus”-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ümumiyyətlə, keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub:

“Lakin illər ötdükcə bu genom azalmağa başlayıb, nar bağları məhv edilərək əvəzində xurma ağacları əkilib və yaxud baxımsızlıq ucbatından quruyub”.

Sədr bildirib ki, hazırda Azərbaycanda 20-yə yaxın nar sortu var:

“Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə genomun yenidən bərpası üzərində işləyirik. Bu məsələ ilə bağlı təkliflər planı da hazırlanır. Nazirlik həmin sortların geri qaytarılması məsələsinə çox ciddi yanaşır”.

Qeyd edək ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib. Bu il isə nar istehsalının 190-200 min tona çatacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...