Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır

Date:

Paylaş:

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMSH) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

“Bizplus.az” Palataya istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov. Telefon: +99412 493-50-58/285, faks +99412498-12-14) müraciət edə bilər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...