Bu il Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb.
İKT.lent.az-ın Döpvlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədə kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 26,6 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 6,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 43,4 faiz artıb.
Yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,0 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 1,7 dəfə artıb