Bakının hotellərindəki ən dəbdəbəli və bahalı otaq açıqlanıb. Məlumata görə Bakıda ən bahalı otel nömrəsi şəhərin ən dəbdəbəli otellərindən biri sayılan «Four Sesaons Hotel Baku»dakı “Prezident suiti”dir. Bu otağın bir gecəlik qiyməti 12 000 manatdır. Səhər yeməyini və 18% Əlavə Dəyər vergisini də nəzərə alanda qiymət Prezident Suitində 1 gecə 14 188 manata çatır.
“Four Seasons”da “Prezident” kateqoriyalı iki nömrə var – “Liman Prezident” və “Xəzər Prezident”. Otelin 8-ci mərtəbəsində yerləşən bu nömrələr Xəzər dənizinə və sahilə açılan möhtəşəm mənzərəyə malikdir. «Otelin 8-ci mərtəbəsində qonaqlara bu şəhərdə təklif oluna bilən ən gözəl otal nömrələri təqdim olunur»-deyə prezident otaqlarının rəsmi təqdimatında deyilir.
Ölçülərinə görə, “Prezident” otaqları ən geniş mənzilləri də geridə qoyur – otağın sahəsi 285 kvadratmetr və ya 3055 kvadrat futdur.
Bu nömrələrin hər birində, böyük salon, yemək otağı, şəxsi yemək otağı, qəbul otağı, şəxsi kabinet, bir neçə eyvan, şəxsi spa və fitnes zalı olan böyük yataq otağı var. Hər iki Prezident Suitindən Bakı Bulvarına və Xəzər dənizinə gözəl mənzərə açılır.
Xüsusi zövqlə dizayn edilmiş otaqların interyerini «Richmond» şirkəti tərtib edib. Hər prezident otağında 3 böyük, və ya 2 böyük 1 uşaq yaşaya bilər. Otaqlarda kiçik dəyişiklik etməklə burada daha böyük qrupp və ya ailə yaşaya bilər.
«Four Seasons Hotel Baku» dakı Prezident Suitləri «World Travel Awards» müsabiqəsində Azərbaycanın Aparıcı Prezident Lyuks Hotel otağı 2015 nominasiyası üzrə birinci yerə layiq görülüb. Eləcə də bu nömrələr «Elite Traveler» jurnalı tərəfindən «Dünyanın 101 TOP lüksü-2013» siyahısına daxil edilib.
Dünyanın ən bahalı otelləri
©fins.az