Ən bahalı prezident helikopterləri

Date:

Paylaş:

Çünki bu dəqiqələrin hər birinin öz hökmü var. Məhz bu baxımdan siyasi liderlər vaxtlarına qənaət etmək üçün müəyyən məsafələri helikopterlə qət edirlər. Bəs kimin göydəki balonu ən bahalıdır?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskva tıxaclarını nəzərə alıb Kremlə çox hallarda helikorterlə uçur. Prezident helikopteri üçün Kremldə xüsusi meydança da hazırlanıb. Putinin “Mİ-8” helikopterinin ekipajı 3 nəfərdən ibarətdir. Sərnişin tutumu 28 nəfərdir. Sürəti saatda 250 kilometrdir. Qiyməti 8 miyon 200 min dollara yaxındır.

Almaniya kansleri Angela Merkel “Super Puma 332” helikopterində uçur. Xanım siyasətçinin göydəki balonu qiymət baxımında həmkarlarından fərqlənir. “Super Puma 332” helikopterinin qiyməti 15 milyon dollardır. Helikopterin ekipajı 3 nəfərdən ibarətdir. Sərnişin tutumu 20-24 nəfərə qədərdi.

Fransa prezidenti Fransua Ollandın almaniyalı həmkarı Angela Merkellə siyasi düşüncələri eyni olduğu kimi helikopterləri də eynidir. Fransua Olland da“Super Puma 332” helikopterindən istifadə edir.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç daha bahalı helikopterdə uçmağa üstünlük verib. Onun “AgustaWestland AW139” markalı helikopterinin qiyməti Ukraynaya 17 milyon dollara başa gəlib. Helikopterin ekipajı 2 nəfər, sərnişin tutumu 15 nəfər, sürəti saatda 309 kilometr olub. Viktor Yanukoviçin helikopteri bahalı və sürətli olsa da o çox da uzaqlara uça bilmədi. Təbii ki, siyasətdə.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta yaxın səfərlərə “VIP S-76C++” helikopterində uçur. 2 nəfər ekipaj üzvü olan helikopterin sərnişin tutumu 12-13 nəfər, sürəti saatda 287 kilometr, qiyməti isə 7 milyon 900 min dollardır.

Ən varlı prezidentlər

©banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...