Azərbaycanda əmlakın elektron hərracı başlayıb

Date:

Paylaş:

Azərbaycanda özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən  verilən məlumata görə, rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verilib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunan dövlət əmlakının ümumi faydalı sahəsi 28.6 kv.m-dir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirildi. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125.2 kv.m-dir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.

Budəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki, hərracda 10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilib. Buraxılışı 2007-ci ildə olan “Nissan Sunny” markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunub. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 200 manata yüksəltdi. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də “Mercedes-Benz” markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirildi. “Mitsubishi”, “Hyundai”, “Nissan” və BMW markalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 500-11 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...