Azərbaycan vətəndaşları sənədlərlə bağlı məlumatı SMS və elektron poçt vasitəsi ilə ala biləcəklər

Date:

Paylaş:

Azərbaycan vətəndaşları vaxtı bitmək üzrə olan sənədlərlə bağlı məlumatı SMS və elektron poçt vasitəsi ilə ala biləcəklər. Bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib.

Bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə veriləcək “Şəxsi kabinet”ə inteqrasiya olunacaq: “Layihəyə gələn aydan start veriləcək. “Şəxsi kabinet”də vətəndaşlar Fərdi İdentifikasiya Nömrəsi vasitəsilə onlara aid olan bütün məlumatları əldə edə biləcəklər”.

Mərkəzdən onu da qeyd ediblər ki, hazırda təqdim olunan elektron xidmətlər konsepti tamamilə dəyişdirilir və indiki konsept daha çox DATA əsaslıdır.

“Yəni, əgər hazırda göstərilən xidmətlər reaktivdirsə, onlar gələcəkdə proaktiv olacaq. Məsələn, bu gün vətəndaş şəxsiyyət vəsiqəsinin müddəti bitməsi ilə bağlı dövlətə müraciət edir. Yeni konseptdə isə dövlət qurumu şəxsiyyət vəsiqəsinin vaxtı bitəcəyi barədə vətəndaşı məlumatlandıracaq. Belə ki, “myGov”da bildiriş sistemi olacaq və vaxtı bitmək üzrə olan sənədlərlə bağlı bildirişlər vətəndaşa SMS və elektron poçt vasitəsi göndəriləcək”, – deyə mərkəzdən qeyd olunub.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...