Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası...

Kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib

230
Paylaş

Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib.

Bu barədə kənd sakinləri bildiriblər. Qeyd edilir ki, rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq rayon sakinləri dəmir yolunu bağlayıblar. Qeyd edək ki, əlavə ixrac gömrük rüsumları kartof ixracını bahalaşdırır.

Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.

“Şəmkirlilərin qeyrəti qeyrətim, namusu namusumdur”, – deyə bildirib.

Məsələyə aydınlıq gətirmək üçün rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Rayon icra başçı müavini Mahir Əliyev bildiribki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.

“Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, – deyə Mahir Əliyev bildirib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin  bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

“Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir”,- məlumatda deyilir.