Azərbaycan gələn il AÇG neftinin satışından 5,2 mlrd. dollar qazanacaq

0
733
azəri çıraq günəşli

Gələn il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan mənfəət neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 5 194,80 mln. ABŞ dollarl həcmində vəsait daxil olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, 2018-ci ildə ümumilikdə digər yataqlar üzrə də mənfəət neftinin və qazın satışı üzrə Fonda daxilolmaların 5 653,4 mln. dollar və ya 9 723,8 mln. manat olması nəzərdə tutulur.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Bu il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni sazişdə Azərbayana çatacaq mənfəət neftinin səviyyəsi daimi olaraq 75% müəyyən edilib.