“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkəti ilə Bakı Limanı yeni növ tranzit yükün nəqlinə başlayıb

Date:

Paylaş:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni növ tranzit yükün nəqlinə başlayıb.

MMC-dən bildirilib ki, “ADY Express” və Bakı Limanının birgə əməkdaşlığı nəticəsində, ilkin həcmi 40 min ton olan yeni növ tranzit yükün – nitrat ammoniumun (selitra) daşınması Gürcüstan tərəfi ilə razılaşdırılıb və bu yükün nəqlinə başlanılıb. Ekspeditor rolunda çıxış edən “ADY Express” şirkəti Gürcüstanın Rustavi şəhərindən 126 vaqondan ibarət olan selitranın ilk göndərişini Ələtdəki yeni Bakı Limanına çatdırılmasını həyata keçirib.

Limanda isə 8800 ton selitranın 2 gəmiyə aşırılması uğurla reallaşdırılıb və yük Türkmənbaşı Limanına yola salınıb. Razılaşmaya əsasən, ilkin həcmin (40 min ton) avqustda nəqli həyata keçirildikdən sonra cari ilin sonunadək eyni marşrutla əlavə 80 min ton selitra yükünün daşınması nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...