İnterContinental və Holiday İnn birdəfəlik istifadə şampunlarından imtina edəcək

Date:

Paylaş:

Britaniyanın İnterContinental Hotels Group (İHG) mehmanxana şəbəkələri operatoru otaqlarda birdəfəlik şampunlardan və duş gellərindən istifadədən imtina edəcək. Bu barədə şirkətin  saytından xəbər verilir. Bu, plastik tullantıların azaldılması naminədir. Bildirilib ki, onların yerinə “tamölçülü formatlar”ı istifadə ediləcək.

İHG hər gün 200 milyona yaxın birdəfəlik gigiyena məhsulları istifadə edir. Yeni standarta keçidi şirkət 2021-ci ilə planlaşdırır. İHG idarəçiliyi altında olan bəzi mehmanxanalar, o cümlədən ABŞ-dakı Holiday İnn Express və Kimpton artıq tamölçülü formata keçidə başlayıblar. 

Bu, şirkətin plastik tullantılarla mübarizədə ilk təşəbbüsü deyil. 2019-cu ilin sonuna kimi şirkət mehmanxanalarında birdəfəlik plastik borucuqlardan istifadəni də məhdudlaşdırmaq niyyətindədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...