Azərbaycan biznes klass avtomobilləri yığacaq

Date:

Paylaş:

Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda biznes klass sinfinə daxil olan avtomobillərin istehsalına başlanacaq.

Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: “Bu yaxınlarda “Khazar” avtomobilinin tam yeni modeli olan “Khazar CC”in təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil  avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz “Khazar CC” modifikasiyasından asılı olaraq qiyməti 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır”.

“Azərmaş” rəsmisi əlavə edib ki, bu yeni avtomobil istehsalında Çinlə əməkdaşlq edirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...