Azərbaycanda iki startap Səudiyyə Ərəbistanının “DAAL Venture Capital” fondu tərəfindən maliyyələşdiriləcək.
Bu barədə jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli məlumat verib.
“Bunlar “nextsale” və “paym.es” startaplarıdır.”DAAL Venture Capital”ın əsas fokusu maliyyə texnologiyalarıdır, bu baxımdan bu tip startaplara üstünlük verir. Ümumilikdə isə qurumun “qısa siyahı”sına Azərbaycandan 5 startap düşüb”, – deyə o, qeyd edib.