Samsung 6G sahəsində tədqiqatlara başlayıb

Date:

Paylaş:

“Samsung Electronics” şirkəti Seulda yerləşən elmi mərkəzində altıncı nəsil mobil rabitə texnologiyası (6G) sahəsində tədqiqatlara başlayıb.

Cənubi Koreya istehsalçısı nümayəndəsinin sözlərinə görə, şirkət telekommunikasiya texnologiyaları üzrə standartların hazırlanması ilə məşğul olan mütəxəssislər qrupunu genişləndirib və onlar artıq “6G” sahəsində tədqiqatlara başlayıblar.

Məlumata görə, “Samsung Electronics” tədqiqat qrupu “6G” texnologiyaları ilə paralel süni intellekt və robotların yaradılması üzərində iş aparacaq.

Qeyd edək ki, aprelin 4-də Koreya Respublikası beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verən ilk ölkə olub. Yeni şəbəkənin rekord məlumat ötürmə sürəti saniyədə 25 qiqabit təşkil edir. Bu göstərici onlayn rejimdə “8K” (Ultra HD) təsvir ölçülü videonu translyasiya etməyə imkan verir.

“6G” standartının beşinci nəsil mobil rabitə şəbəkəsini 2025-ci ildə əvəzləyəcəyi gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...